“Şahmat tacı”nın sahibi yazda yenə də Şəmkirə gələcək


Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan II ənənəvi super-turnirin iştirakçıları məlum olub.
Bu ilin aprel-may aylarında təşkil olunacaq yarışın dəqiq tarixi buyaxınlarda açıqlanacaq.
Yarışda dünyanın 10 ən güclü zəka sahibi bacarığını nümayiş etdirəcək. Turnirdə azərbaycanlı zəka sahibləri Şəhriyar Məmmədyarov (2759) və Teymur Rəcəbovla (2731) yanaşı, dünya çempionu Maqnus Karlsen (Norveç, 2865), Fabiano Karuano (İtaliya, 2811), Veselin Topalov (Bolqarıstan, 2800), sabiq dünya çempionu Vişvanatan Anand (Hindistan, 2797), Aniş Qiri (Hollandiya, 2797), Uesli So (ABŞ, 2788), Vladimir Kramnik (Rusiya, 2783), Maksim Vaşye-Laqrav (Fransa, 2775) iştirak edəcək.
Vüqar Həşimovun birinci xatirə turniri ötən ilin aprelində keçirilib və Norveç şahmatçısı Maqnus Karlsenin qələbəsi ilə başa çatıb.


Bu yazı

8000 dəfə oxunub

Tarix

2015-02-10 17:23:09

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev