Boksçu yayılan xəbərləri təkzib edib



Boks üzrə 5 çəki dərəcəsində dünya çempionu Floyd Meyvezer WBO versiyasının çempionu Menni Pakyao ilə döyüş barədə müqavilə imzalanması ilə bağlı yayılan xəbəri təkzib edib.
Qeyd edək ki, ABŞ-ın ESPN nəşri əvvəllər bu boksçular arasında nəzərdə tutulan döyüşün may ayının 2-də Las-Veqas şəhərində baş tutacağı barədə xəbər yaymışdı. Xəbərdə deyilirdi ki, Meyvezer bu görüşdən 150 milyon, Pakyao isə 100 milyon dollar mənfəət götürəcək.
"Mən Pakyao ilə heç bir müqavilə imzalamamışam. Bunlar hamısı şayiədir. Bununla belə, düşünürəm ki, biz görüş barədə razılığa gələcəyik”, - deyə Meyvezer bildirib.


Bu yazı

9814 dəfə oxunub

Tarix

2015-02-17 17:39:01

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev