Boksçumuz reytinq cədvəlində birincidir



Ümumdünya Boks Seriyası (WSB) keçirilən 5 turdan sonra fərdi reytinq cədvəlini açıqlayıb. 60 kq çəki dərəcəsində dünya və Avropa çempionu olan həmyerlimiz Albert Səlimov 10 xalla reytinq cədvəlində 1-ci pillədə yer alıb.
Milli komandamızın üzvü Heybətulla Hacəliyev (64 kq) sıralamada 5-ci yeri tutur. Həmyerlimizin aktivində 5 xal var. Həmin çəki dərəcəsində lider kubalı Yasiner Toledodur.
91 kq çəki dərəcəsində yarışan idmançımız Abdulqadir Abdullayev də 5-ci pillədədir. 10 xal toplayan boksçumuz Vasili Levit (Qazaxıstan), İqor Yakubovski (Polşa), Denis Poyatsıka (Ukrayna) və Erislandi Savondan (Kuba) geri qalır.
Superağır çəki dərəcəsində çıxış edən Arslanbek Mahmudov 10 xal toplayıb və Filip Hrqoviçlə (Xorvatiya) birgə reytinqdə 2-3-cü yerləri bölüşür. +91 kq-da 1-ci yeri Britaniya idmançısı Cozef Coys tutur.
Qeyd edək ki, 49, 91 və +91 kq çəki dərəcələrində reytinqdə 1-ci yeri tutan boksçular və digər çəki dərəcələrində 1-2-ci yerdə qərarlaşanlar Rio-de-Janeyro-2016 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.





Bu yazı

8991 dəfə oxunub

Tarix

2015-02-20 11:23:37

Yazını

Çap et

Yazını

Paylaş

"OLIMPNEWS.AZ"
Məhdud Məsuliyyətli Cəmiyyət
Baş redaktor:
Aslan Şirəliyev