FİFA Olimpiya futbol turnirinin Manausda təşkilinə etiraz edir



FİFA Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rio-2016 Yay Olimpiya Oyunlarının proqramına daxil olan futbol turnirinin Manausda keçirilməsi barədə qərarına narazılığını bildirib. Xatırladaq ki, futbol yarışlarının əsas hissəsi Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. Lakin bir neçə görüşün 2014-cü ildə DÇ-ni qəbul edən Manausda təşkili planlaşdırılır.
Fransanın L’Equipe nəşri bu məsələyə FİFA-nın etiraz etdiyini yazıb: "FİFA hesab edir ki, Olimpiya futbol turnirinin keçirildiyi məkanlar məsafəcə bir-birinə yaxın olmalıdır. Bu səbəbdən ali futbol qurumu Manaus şəhərinin uyğun variant olmadığını düşünür”.


Bu yazı

9861 dəfə oxunub

Tarix

2015-02-20 17:49:18

Yazını

Çap et

Yazını

Paylaş