Vitali Smirnov: “Beynəlxalq Olimpiya Komitəsi bizim ölkəyə etibar edir”


Rusiya Olimpiya Komitəsinin fəxri prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Vitali Smirnov ölkəsinin növbəti dəfə Olimpiya oyunlarına ev sahibliyi edəcəyinə inandığını və bunun üçün zamana ehtiyac olduğunu deyib.
"Əlbəttə, mən Rusiyanın üçüncü dəfə Olimpiya oyunlarına ev sahibliyi edəcəyi günü görmək istəyirəm və biz bunun üçün mütləq mübarizə aparacağıq. Məncə, Rusiya BOK-un inandığı ölkələrin siyahısında birinci yeri tutur. Beynəlxalq Olimpiya Komitəsi bizim ölkəyə etibar edir”, - deyə Vitali Smirnov qeyd edib.


Bu yazı

24896 dəfə oxunub

Tarix

2015-02-20 17:49:53

Yazını

Çap et

Yazını

Paylaş