“Novruz-2015” turniri başa çatıb


Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən basketbol üzrə ənənəvi "Novruz-2015” beynəlxalq turniri başa çatıb. Özbəkistan təmsilçiləri üzərində inamlı qələbədən sonra martın 20-də millimiz Aktaunun "Kaspi” klubu ilə üz-üzə gəlib. Rəqib oyunçuları görüşün əvvəlindən təşəbbüsü ələ alaraq yığmamızı 99:74 (34:17, 25:21, 15:21, 25:15) hesabı ilə məğlub ediblər. Millimizin növbəti sınağı martın 21-də meydan sahibləri "Tulpar” SKİF komandası ilə olub. Üçüncü yer uğrunda mübarizədə təmsilçilərimiz üstünlüyü ələ almağı bacarıblar. Lakin oyunun üçüncü və dördücü hissəsində basketbolçularımız təşəbbüsü əldən verərək məğlubiyyətlə qarşılaşıblar. Bununla da, "Tulpar” SKİF komandası yığmamız üzərində 81:73 (20:18, 22:18, 14:25, 17:20) hesabı ilə qələbə qazanıb. Bütün rəqibləri üzərində inamlı qələbə qazanan "Kaspi” klubu "Novruz-2015” turnirinin qalibi adına layiq görülüb.


Bu yazı

14017 dəfə oxunub

Tarix

2015-03-31 14:41:35

Yazını

Çap et

Yazını

Paylaş