Komissiya olimpiadaya hazırlıqdan razı qalıb



Beynəlxalq Olimpiya Komitəsinin Təkamül Komissiyası 2022-ci ildə keçiriləcək qış Olimpiya və paralimpiya oyunlarına ev sahibliyinə namizəd Pekin şəhərində olub. Komissiya olimpiadaya hazırlıqdan razı qalıb.
Bu barədə BOK-un Təkamül Komissiyasının rəhbəri Aleksandr Jukov şəhərə 5 günlük təftiş səfəri ilə bağlı keçirilən mətbuat konfransında məlumat verib.
Xatırladaq ki, BOK-un mütəxəssisləri martın 24-dən 28-nə kimi Pekin şəhərindəki Olimpiya kəndində olublar, sonra Yantsin rayonuna, Çjantszyakou xizək kurortuna baş çəkiblər. Mütəxəssislər həm də mövzu üzrə seminarlar təşkil edib və olimpiadanın keçirilməsi ilə bağlı bəzi məsələləri müzakirə ediblər.


Bu yazı

12534 dəfə oxunub

Tarix

2015-03-31 15:15:54

Yazını

Çap et

Yazını

Paylaş