Yaponiya Tokio-2020 üçün möhtəşəm stadionun inşasında tərəddüd edir


Yaponiyanın Təhsil, İdman və Elm naziri Xakubun Simomura maraqlı açıqlama verib. Nazir bildirib ki, Tokioda 2020-ci ildə keçiriləcək yay Olimpiya oyunlarını qəbul etmək üçün möhtəşəm stadionun tikintisi ölkənin büdcəsinə uyğun deyil.
"Bu stadionun tikinti planına bir daha nəzər salmaq lazımdır. Layihə hər şeydən əvvəl insanların maraqlarına və ehtiyaclarına cavab verməlidir”, - deyə Xakubun Simomura bildirib.


Bu yazı

10584 dəfə oxunub

Tarix

2015-03-31 15:20:04

Yazını

Çap et

Yazını

Paylaş