Üzgüçülük üzrə seminar yekunlaşıb


Şəmkir Olimpiya İdman Kompleksində Gürcüstan və Azərbaycan üzgüçüləri arasında seminar keçirilib. Seminarın təşkil olunmasında əsas məqsəd, hər iki ölkə üzgüçüləri arasında təcrübə mübadiləsi aparmaq, idmançıların hazırlıq səviyyəsini daha da artırmaq və iki ölkə üzgüçüləri arasında dostluq münasibətləri yaratmaqdan ibarət olub. Kompleksin üzgüçülük zalında təşkil olunan tədbirdə, bir neçə idmançının sınaqdan keçirilməsi ilə yanaşı, onlar arasında müxtəlif yarışlar da keçirilib.
İştirakçılar diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.


Bu yazı

7110 dəfə oxunub

Tarix

2015-04-08 16:58:53

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook