“Qala”nın növbəti qələbəsi


Aprelin 4-də "The Club Port Baku”nun idman zalında basketbol üzrə 22-ci Azərbaycan çempionatının növbəti yarımfinal oyunları keçirildi. Yarışda ilk olaraq "Qala” və "Baku Oirlers” komandaları münasibətlərinə aydınlıq gətirdilər. Gərgin mübarizə şəraitində keçən oyunda "Qala” komandası rəqiblərini 88:54 hesabı ilə üstələdi. Turun digər yarımfinal oyununda isə AZTOP və NTD komandaları qarşılaşdılar. Bu mübarizədə birincilər 70:60 hesabı ilə qələbə qazanmağa nail oldular. Məlumat üçün qeyd edək ki, ötən oyunda NTD qələbə qazandığı üçün ümumi hesab bərabərləşdi. Buna görə də, bu komandalar arasında qalibi müəyyən etmək üçün yaxın zamanda daha bir qarşılaşma təşkil olunacaq.


Bu yazı

16018 dəfə oxunub

Tarix

2015-04-08 17:15:57

Yazını

Çap et

Yazını

Paylaş