Avropa Ağır Atletika Federasiyasının konqresi Azərbaycanda idmanın inkişafını yüksək qiymətləndirib



Tbilisidə keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı çərçivəsində turnirin münsiflər heyətinin, hakimlərin, eləcə də nümayəndə heyətləri rəhbərlərinin iştirakı ilə Avropa Ağır Atletika Federasiyasının konqresi keçirilib.
Konqresdə Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş Ayan, Avropa Ağır Atletika Federasiyasının baş katibi Həsən Akuş və başqaları çıxış ediblər. Çıxışlarda çempionatın əhəmiyyətindən danışılıb, dünyada və Avropada idmanın inkişafı, dövlətlərin gənc nəslin sağlam böyüməsi istiqamətində atdıqları addımlar və digər məsələlər müzakirə olunub.
Konqresdə Cənubi Qafqaz respublikalarında idmanın inkişafından bəhs olunub, Azərbaycanda həyata keçirilən gənclər siyasəti, dövlətin idmanın inkişafına göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Çıxış edənlər Azərbaycanın İlk Avropa Oyunlarına ev sahibliyi etməsini yüksək qiymətləndiriblər.
Konqresdə ağırlıqqaldırma üzrə növbəti Avropa çempionatının 2016-cı ildə Norveçdə keçirilməsi barədə qərar qəbul olunub.



Bu yazı

4986 dəfə oxunub

Tarix

2015-04-17 12:41:00

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook