Kikboksinq üzrə XXI Azərbaycan çempionatı keçiriləcək


Aprelin 18-19-da kikboksinq üzrə XXI Azərbaycan çempionatı keçiriləcək. Azərbaycan Kikboksinq Federasiyasından verilən məlumata görə "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışın təşkilində əsas məqsəd 2015-ci ildə keçiriləcək dünya və Avropa çempionatları, həvəskar və peşəkarlar arasında təşkil olunacaq turnirlərdə iştirak edəcək milli komandanın yeni heyətini müəyyənləşdirməkdir. İlkin döyüşlər aprelin 18-də, yarımfinal və final döyüşləri isə aprelin 19-da baş tutacaq.
Qeyd edək ki, yarışlar iki yaş qrupu üzrə-kişilər və kadetlər (11 yaşa qədər və 11 yaşdan 14 yaşa qədər) arasında təşkil ediləcək. Respublika çempionatında paytaxt və regionlarda fəaliyyət göstərən bütün klub və cəmiyyətlərdən 350-dən çox idmançı qüvvəsini sınayacaq. Yarışın təntənəli açılış mərasimi aprelin 18-i saat 15:00-da olacaq. Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev jurnalistlərə açıqlamasında belə yarışların mütəmadi olaraq keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, ölkədaxili yarışlar istedadlı idmançıların üzə çıxarılmasında xüsusi rola malikdir. "Yarışın təşkilində əsas məqsəd idmanın inkişafına dəstək olmaq, idmanın kütləviliyini təmin etmək, gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək, yeniyetmə və gəncləri narkomaniyaya yox deyərək pis vərdişlərdən uzaq durmalarına nail olmaqdır. Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən idmanın inkişafına xüsusi diqqət və qayğı göstərilir. Ölkəmizdə idman sahəsində aparılan idman siyasətinə dəstək olaraq belə yarışları müntəzəm olaraq keçirməyi planlaşdırırıq”.






Bu yazı

4350 dəfə oxunub

Tarix

2015-04-17 17:16:05

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook