Rio-2016 Olimpiadasının təqvimi hazırdır


Rio-2016 Yay Olimpiya Oyunları Təşkilat Komitəsi yarışların cədvəlini əks etdirən təqvimi ictimaiyyətə təqdim edib. XXXI Yay Olimpiadasının rəsmi saytında bütün idman növləri üzrə yarışların keçirildiyi tarix və yarış yerləri barədə məlumat almaq mümkündür. Təqvimdə olimpiada dövründə keçiriləcək rəsmi tədbirlərin cədvəli də verilib.
Yarışlara avqustun 6-da start veriləcək. Proqrama əsasən, Rio-2016 Yay Olimpiya Oyunlarının açılış mərasimi avqustun 5-də "Marakana” stadionunda, bağlanış mərasimi isə avqustun 21-də keçiriləcək.
Qeyd edək ki, yerli əhali üçün Rio-2016 Olimpiadasına biletlərin satışına aprel ayının 1-dən start verilib. İyun ayına qədər satılmayan biletlər isə Olimpiya stadionunun kassalarında və Təşkilat Komitəsinin rəsmi ofislərində satışa çıxarılacaq.


Bu yazı

11945 dəfə oxunub

Tarix

2015-04-17 17:33:43

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook