Sumqayıtda güllə atıcılığı idman növü üzrə şəhər çempionatına yekun vurulub


Aprelin 17-də Sumqayıt Paralimpiya İdman Kompleksində keçirilən ali, orta ixtisas və texniki peşə liseylərinin tələbələri arasında pnevmatik silahdan güllə atıcılığı üzrə Sumqayıt şəhər çempionatı keçirilib. Çempionatda tərkibi 2 oğlan və 1 qızdan ibarət olan komandalar yarışıblar. Gərgin idman mübarizəsindən sonra qalib və mükafatçılar müəyyən olunub.
Kəbinə Baxışova, Afiyəddin Fərəczadə və Vüsal Məmmədovdan ibarət olan Sumqayıt Dövlət Texniki Kollecinin komandası 76 xalla birinci, Sumqayıt Dövlət Universitetinin (68 xal) və 3 saylı Texniki Peşə Liseyinin (44 xal) komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.
Yarışda müvafiq yerləri tutan komandalar və idmançılar Sumqayıt Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok və fəxri fərmanla təltif ediliblər.


Bu yazı

6264 dəfə oxunub

Tarix

2015-04-24 16:23:03

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook