ASOİF “Olimpiya gündəliyi-2020” proqramını dəstəkləyib


Yay Olimpiya İdman Növləri üzrə Beynəlxalq Federasiyalar Assosiasiyası (ASOİF) Beynəlxalq Olimpiya Komitəsinin (BOK) irəli sürdüyü "Olimpiya gündəliyi-2020” proqramını dəstəkləyib. Bu barədə bugünlərdə ASOİF-in Baş Assambleyasında beynəlxalq qurumun prezidenti Françesko Bitti deyib: "Ən əsası odur ki, bu proqram Olimpiya oyunlarının təşkili və keçirilməsinə tamamilə yeni yanaşma üsuludur. Biz işimizdə əhəmiyyətli yeniliyə nail olmalıyıq. Mən hər şeydən əvvəl Olimpiya oyunlarına hazırlıq və təşkilati məsələləri nəzərdə tuturam. BOK artıq bu məsələ ilə bağlı mühüm addım atıb və işlər gedir”.
ASOİF-in rəhbəri BOK prezidenti Tomas Baxın iş prinsipindən razı qaldığını da vurğulayıb: "Tomas Bax yalnız ideya təklif etmir, həm də digərlərinə öz nöqteyi-nəzərini bildirməyə imkan verir”.
Qeyd edək ki, ASOİF və BOK rəhbərləri növbəti dəfə BOK-un Kuala-Lumpur şəhərində keçiriləcək sessiyasında görüşəcəklər. Sessiyada Rio-2016 Yay Olimpiya Oyunları ərəfəsində yay idman növləri üzrə beynəlxalq idman federasiyalarının problemləri müzakirə ediləcək.


Bu yazı

10826 dəfə oxunub

Tarix

2015-04-24 16:49:03

Yazını

Çap et

Yazını

Paylaş