Tomas Bax: “Olimpiada-2028 uğrunda mübarizədə Avstraliyanın şansı çoxdur”


Avstraliya 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına namizədliyini verdiyi təqdirdə onun şansı yüksək olacaq. Bu sözləri Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax deyib.
Avstraliya Olimpiya Komitəsi aprel ayının əvvəlində Kvinslend və Bribsen şəhərlərinin inzibati idarəsinə 2028-ci ildə keçiriləcək olimpiadaya ev sahibliyi ilə bağlı təklif verib. BOK prezidenti Avstraliyanın baş nazirinin müavini Toni Ebbotla görüşərək namizədlik məsələsini müzakirə edib.
"Olimpiada-2028 uğrunda mübarizədə Avstraliyanın şansı çoxdur. Düşünürəm ki, Avstraliyanın namizədlik ərizəsi çoxları tərəfindən məmnuniyyətlə qəbul edilər və favoritlərdən biri olardı. Lakin mən Ebbota hələ 2028-ci ilə qədər xeyli vaxt qaldığını və namizədlik uğrunda mübarizədə ciddi rəqabət olacağını da dedim”, - deyə Tomas Bax bildirib.
Məlumat üçün bildirək ki, Avstraliya 1956-cı ildə Melbrun, 2000-ci ildə isə Sidney Yay Olimpiya Oyunlarına ev sahibliyi edib.


Bu yazı

20295 dəfə oxunub

Tarix

2015-05-01 17:06:36

Yazını

Çap et

Yazını

Paylaş