“Qala” titulunu növbəti dəfə qorudu



Mayın 3-də "The Club Port Baku”nun idman zalında basketbol üzrə 22-ci ölkə çempionatının final oyunu keçirilib. Güclü leqioner Zura Masuiradze ilə gücləndirilən AZTOP komandası "Qala”ya layiqli müqavimət göstərib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunun dördüncü hissəsinin ortalarında AZTOP hesabda on xal irəli keçməyi də bacarıb. Lakin oyunun sonlarında "Qala”nın kapitanı Fuad Niftəliyevin 3 xallıq atışı görüşün yekun nəticəsini müəyyən edib. Beləliklə, 92:84 hesabı ilə qələbə qazanan "Qala” ölkə çempionu adını qazandı- (16:25, 24:21, 24:15, 20:31).



Bu yazı

15378 dəfə oxunub

Tarix

2015-05-05 11:39:00

Yazını

Çap et

Yazını

Paylaş