Boston-2024 Təşkilat Komitəsi təklif irəli sürüb


Boston-2024 Olimpiya Oyunları Təşkilat Komitəsinin rəhbəri Con Fiş paralimpiya oyunlarının Olimpiya oyunlarından əvvəl keçirilməsini təklif edib. Bu barədə ABŞ-ın yerli mətbuatı xəbər yayıb.
Qeyd edək ki, ABŞ-ın Boston şəhəri 2024-cü ildə keçiriləcək yay Olimpiya oyunlarına öz namizədliyini irəli sürüb. Paralimpiya oyunları isə ənənəvi olaraq yay olimpiadasından sonra keçirilir.
"Biz paralimpiadanı Olimpiya oyunlarından əvvəl keçirməklə tarixdə ilkə imza ata bilərik”, - deyə Con Fiş bildirib.
Xatırladaq ki, XXXI Yay Olimpiya Oyunları 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində, XXXII Yay Olimpiya Oyunları isə 2020-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək.
Olimpiada-2024-ün ev sahibinin adı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 2017-ci ildə Limada keçiriləcək 130-cu sessiyasında açıqlanacaq. Olimpiada uğrunda Paris (Fransa), Roma (İtaliya), Hamburq (Almaniya) Boston (ABŞ) şəhərləri mübarizə aparırlar.



Bu yazı

8552 dəfə oxunub

Tarix

2015-05-05 15:24:55

Yazını

Çap et

Yazını

Paylaş