Avropa Oyunlarında sinxron üzgüçülərin təsnifat mərhələsinə yekun vuruldu



Birinci Avropa oyunlarının açılış mərasimindən əvvəl sinxron üzgüçülərin mübarizəsinə start verildi.
Bakı Su İdmanı Mərkəzində qüvvəsini sınayan duetlərində sərbəst hərəkətləri yerinə yetirdilər. Yarışların ilk günü bu idman növündə 20 duet mübarizə apardı. Avropa Oyunlarında start xəttinə çıxan ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşuldular. Onlar 71,4333 bal toplamaqla, 20 idmançı arasında 18-ci yerdə qərarlaşıblar.
Sinxron üzgüçülərin mübarizəsində rusiyalı duet- Valeriya Filenkova və Darya Kulaqina 89,2333 nəticə ilə mərhələnin qalibi adını qazandılar. Yana Narejina və Yelizaveta Yaxnodan ibarət ukraynalı cütlük (87,5333) ikinci yeri tutdu. İspaniyalı Culiya Eçeberria Eskuivel və İren Toledano Karmelo (85,7333) isə üçüncü pillədə yer alıblar.
Məlumat üçün bildirək ki, iyunun 15-də keçiriləcək duetlərin yarışında final mərhələsi olacaq. Həmin yarışlar 10:00-da başlayacaq.






Bu yazı

17020 dəfə oxunub

Tarix

2015-06-12 16:20:46

Yazını

Çap et

Yazını

Paylaş