Aşkar favoritlər Bakı-2015-ə böyükhesablı qələbə ilə başladılar



İyunun 12-də su polosu yarışlarının qrup mərhələsi çərçivəsində 6 görüş keçirildi. Qadınların mübarizəsində "A” qrupunda Hollandiya millisi İsrail yığması ilə üzü-üzə gəldi. «Zanbaqlar ölkəsi»nin su poloçuları böyükhesablı qələbə əldə etdilər - 29:1
Macarıstan yığması ilə Almaniya millisinin qarşılaşması da məhsuldar keçdi - 21:4. Yunanıstan isə Böyük Britaniya komandası arasında keçirilən görüşdə «elladalılar» sevinən tərəf oldular - 20:2.
"B” qrupunda isə İspaniya millisi Serbiyalı rəqiblərindən üstün olub - 17:4.
Qrupun digər görüşlərində isə Rusiya Slovakiya, İtaliya komandası isə Fransa millisi ilə üz-üzə gələcək. Su polosu üzrə qadınların yarışında Azərbaycan komandası iştirak etmir.




Bu yazı

6503 dəfə oxunub

Tarix

2015-06-12 16:24:58

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook