Paralimpiyaçılarımız dünya çempionatında 5 medal qazanıblar



Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən üzgüçülük üzrə dünya çempionatına yekun vurulub. Yarışların son günündə Azərbaycan Milli Paralimpiya Komitəsinin üzgüçülük idmanı üzrə 2 idmançısı daha 3 medal əldə edib. "Neftçi idman klubu” İB-in idmançıları Dmitri və Roman Saley qardaşları dünya çempionatında uğurla yarışıblar. Dmitri Saley 100 m məsafəyə delfin (batterflyay) üsulu üzrə üzmədə 57,58 saniyə, 50 m məsafəyə sərbəst üsulla üzmədə isə 24,46 saniyə nəticə göstərərək üçüncü yeri tutub. Roman Saley isə 50 m məsafəyə sərbəst üsul üzrə yarışda 24,39 saniyə nəticə ilə ikinci yerə sahib çıxıb.
Beləliklə, paralimpiyaçılarımız üzgüçülük üzrə dünya çempionatında 2 gümüş və 3 bürünc medala layiq görülüblər.
Məlumat üçün qeyd edək ki, hər iki idmançı gələn il Brazilyanın, Rio-de Janeyro şəhərində keçiriləcək 2016 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.


Bu yazı

16167 dəfə oxunub

Tarix

2015-07-24 15:18:30

Yazını

Çap et

Yazını

Paylaş