Üzgüçülük üzrə çempionat keçirilib



Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubunun və FHN Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə iyulun 24-də nazirliyin yaradılmasının 10 illiyinə həsr olunmuş üzgüçülük üzrə çempionat keçirilib.
Dövlət Yanğından Mühafizə Xidmətinin idman kompleksində təşkil olunan çempionatda FHN-in qurumlarını təmsil edən 18 komandanın heyətində 36 iştirakçı mübarizə aparıb. Onlar, yarışın şərtlərinə uyğun olaraq, komanda hesabında 100, şəxsi hesabda isə 50 metrlik məsafəni qət ediblər.
Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) komandası birinci yerə layiq görülüb. Mülkü Müdafiə Qoşunları (MMQ) ikinci, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidməti isə üçüncü yerə çıxıb.
Şəxsi yarışlarda Anar Babazadə (DSXX) birinci yeri tutub. Rüstəm Esetov (DSXX) ikinci pillədə qərarlaşıb. Emil Britvin (MMQ) isə üçüncü olub.
Qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.


Bu yazı

20227 dəfə oxunub

Tarix

2015-07-28 11:21:10

Yazını

Çap et

Yazını

Paylaş