Fövqəladə Hallar Nazirliyinin qurumları arasında atıcılıq yarışı keçirilib



İyulun 23-də Fövqəladə Hallar Nazirliyinin (FHN) idman-sağlamlıq klubunun və FHN işçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş atıcılıq üzrə çempionat keçirilib. FHN-in Akademiyasında keçirilən yarışda hər birində iki iştirakçı olan 21 komanda mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 10 metr məsafəyə pnevmatik tapançadan 3 sınaq və 10 məqbul atışı olub.
Komanda hesabında birinci yeri Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) tutub. FHN-in Aparatı ikinci, Fövqəladə Hallar Nazirliyinin Akademiyası isə üçüncü yerə sahib çıxıb.
Şəxsi hesabda birinci yerə Vaqif Pişiyari (DSXX) layiq görülüb. Elçin Əhmədov (FHN-in Aparatı) ikinci, Adil Səfərov (DSXX) isə üçüncü yerə layiq görülüb.
Qaliblər diplom, fəxri fərman, kubok və qiymətli hədiyyələr təltif olunublar. Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Yavuz Eminbəyli olub. Atış xəttinə isə beynəlxalq dərəcəli hakim Yusif Abdullayev nəzarət edib.


Bu yazı

5760 dəfə oxunub

Tarix

2015-07-28 15:08:08

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook