Dünya çempionatında ölkəmizi 12 taekvondoçu təmsil edəcək




Taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycanın yığma komandası Qəbələdə keçirilən təlim-məşq toplanışını başa vurduqdan sonra dünya birinciliyində iştirak edəcək.
Dünya Taekvondo Federasiyası tərəfindən Koreya Respublikasının Muju şəhərində keçiriləcək dünya birinciliyində Azərbaycan milli komandası 12 nəfərlik heyətlə iştirak edəcək. Avqustun 23-də başlayacaq yarış dörd gün davam edəcək.
Qitə birinciliyində ölkəmizi Elgün Həmidov, Bəhruz Quluzadə (-37 kq), Ziya Xəlilov (-41 kq), Samir Məhərrəmov (-45 kq), Ruslan Seyidov (-49 kq), Yunis Məmmədzadə (-53 kq), Cavid Sultanov (65 kq-dan yuxarı), qızlardan isə Ofeliya Allahverdiyeva (-29 kq), Minayə Əkbərova (-33 kq), Sevda Pirseyidova (-37 kq), Zalikə Babayeva (-44 kq) və Nərmin Süleymanova (-47 kq) təmsil edəcəklər.
Komandamız yarışda baş məşqçi, əməkdar məşqçi Səbuhi Zülfüqarov və böyük məşqçi Sənan Həşimovun rəhbərliyi ilə mübarizə aparacaq.
Taekvondo üzrə yeniyetmələrdən ibarət milli komandamız iyulda Strasburqda təşkil edilən Avropa birinciliyində dörd medal qazanaraq uğur qazanmışdı. Bəhruz Quluzadə (-37 kq) qızıl, Sevda Pirseyidova (-37 kq) gümüş, Ziya Xəlilov (-41 kq) və Yunis Məmmədzadə (-53 kq) gümüş medala sahib olmuşdular.
Millimiz avqustun 28-də vətənə qayıdacaq.










Bu yazı

4307 dəfə oxunub

Tarix

2015-08-20 11:06:13

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook