Lebron Ceymsin hər bir tviti 140 min dollar dəyərindədir




Milli Basketbol Assosiyasının (MBA) ulduzu olan Lebron Ceyms, ABŞ sosial mətbuatında ən bahalı və nüfuzlu atletdir.
Xarici mətbuatın yazdığına görə, sosial şəbəkələrdə şirkətin dəyər qiyməti ilə maraqlanan "Opendorse” şirkəti MBA oyunçuları arasında tədqiqat aparıb. "Opendorse” şirkəti "Twitter”-də 23,2 milyon izləyicisi olan Lebron Ceymsin hər bir tvitinin 140 min dollar dəyərində olduğunu bildirir.
Sıralamada Lebron Ceymsindən sonra "Oklohama-Siti” klubundan Kevin Dürent (hər tvit 66,553 dollar), Kobi Brayant (42,389 dollar) və Floyd Meyuezer (34,924 dollar) gəlir.




Bu yazı

14156 dəfə oxunub

Tarix

2015-08-22 16:35:14

Yazını

Çap et

Yazını

Paylaş