Qəbələ “Koreya səfiri kuboku”na ev sahibliyi edəcək


Azərbaycan Taekvondo Federasiyası (ATF) və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə taekvondo üzrə gənclər arasında "Koreya səfiri kuboku” yarışları keçiriləcək.
Turnir sentyabrın 12-13-də Qəbələ Olimpiya İdman Kompleksində təşkil olunacaq. Yarışlarda ATF-in idman bölmələrində məşğul olan və müvafiq hazırlığa malik idmançılar mübarizə aparacaqlar. Turnirin keçirilməsinə ATF-nin hakimlər komitəsi və Təşkilat Komitəsi, Qəbələ rayon Gənclər və İdman Baş İdarəsi rəhbərlik edəcək.
Yarışın keçirilməsində əsas məqsəd bölgələrdə taekvondonun təbliği və inkişaf etdirilməsi, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında idman sahəsində əlaqələrin inkişafı, idmançıların yarış təcrübəsinin və ustalığın artırılmasıdır.


Bu yazı

4916 dəfə oxunub

Tarix

2015-09-01 11:33:50

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook