Taekvondoçularımız “II Zafer Kupası” turnirində



Türkiyənin Çərkəzköy bələdiyyəsinin dəstəyi ilə təşkil edilən taekvondo üzrə "II Zafer Kupası” adlı beynəlxalq turnirə yekun vurulub. İraq, Kosova və Türkiyənin bir neçə bölgəsindən 220 uşaq, yeniyetmə və gənc taekvondoçuların iştirak etdiyi yarışda Sumqayıt Olipmpiya İdman Kompleksinin taekvondo bölməsinin və Sumqayıt taekvondo məktəbinin 11 üzvü mübarizə aparıb. Yarış idmançılarımız üçün uğurlu alınıb. Baş məşqçi Vurğun Cəfərovun yetirməsi Xanoğlan Kərimov (41 kq) yeniyetmələr arasında yarışda bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb. Gənclər arasında çıxış edən Xanruh Fətullayev (-58 kq) finala kimi inamla irəliləsə də, həllediici mərhələdə məğlub olaraq turnirin gümüş mükafatına layiq görülüb. Uşaqlar arasında Hümbət Kazımov (-27 kq), yeniyetmələr arasında Nihat Abbasov (-33 kq), gənclər arasında Mehriban Məmmədova (-42 k) yarımfinal mərhələsində məğlub olaraq yarışı bürünc medalla başa vurub. Beləliklə, komandamız "II Zafer Kupası” turnirində 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Bu nəticə ilə taekvondoçularımız komanda hesabında Təkirdağ, Kocaeli, İrak komandasından sonra 4-cü yeri tutub.
Xatırladaq ki, ötən il ilk dəfə keçirilən bu yarışda 22 taekvondoçumuz mübarizə aparmış və 9 medalla vətənə dönmüşdü.


Bu yazı

5731 dəfə oxunub

Tarix

2015-09-01 12:00:04

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook