Təmsilçimiz İspaniyada çempion olub



Avqustun ayının 22-dən 30-na kimi İspaniyanın San-Sebastian şəhərində kikboksçular arasında Avropa çempionatı keçirilib.
Yarışda Daxili İşlər Nazirliyi İdman Cəmiyyətini təmsil edən Zöhrab Əzimov 60 kq çəki dərəcəsində ən güclü olduğunu sübut edib. O, çempionluğa gedən yolda üç döyüş keçirib. İdmançımız əvvəlcə Polşa kikboksçusunu nokautla məğlub edib. Ardınca bosniyalı rəqibini 3:0 hesabı ilə mübarizədən kənarlaşdırıb. Finalda Rusiya təmsilçisi ilə qarşılaşan Zöhrab bu rəqibinə də nokautla qalib gəlib. Məşqçisi Hakim Hacıyev yetirməsinin bu uğuruna çox sevinir.
Kənan Novruzov



Bu yazı

5053 dəfə oxunub

Tarix

2015-09-10 09:35:49

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook