Basketbol üzrə Avropa çempionu adını İspaniya aldı




Fransanın Lill şəhərində kişilərdən ibarət komandalar arasında keçirilən basketbol üzrə Avropa çempionatı başa çatıb.
24 komandanın iştirak etdiyi çempionatda İspaniya yığması finalda Litva millisini 80:63 hesabı ilə darmadağın edərək 3-cü dəfə qitə çempionu adını qazanıb. Avropa çempionatının ən qiymətli oyunçusu final matçında da yüksək səviyyəli oyun göstərən və 25 xal yığan ispaniyalı Pau Qazol hesab edilib.
İspaniya və Litva milliləri həm də Rio-2016 Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanıblar.
Sercio Skariolonun yetirmələri həlledici görüşdən əvvəl yarımfinalda 80-75 hesabı ilə Fransadan, Litva isə Serbiyadan (67-64) üstün olmuşdu.
Serbiyaya 81:68 hesabı ilə qalib gələn Fransa kollektivi isə turnirin bürünc medalını qazanıblar.
Ölkəmizdə də azarkeşlərin maraqla seyr etdiyi Türkiyə millisi çempionatdakı qrup oyunlarında üç qələbə qazansa da, dörddəbir finala yüksəlmək uğrunda mübarizədə turnirə ev sahibliyi edən Fransaya məğlub olmuşdu.
Beləliklə, 2009-cu və 2011-ci ildə çempion, 2014-cü ildə qitə çempionatının bürünc medalçısı olan İspaniya komandası üçüncü dəfə Avropa çempionu titulunu qazanıb.





Bu yazı

10606 dəfə oxunub

Tarix

2015-09-21 10:31:01

Yazını

Çap et

Yazını

Paylaş