Ağırlıqqaldır anımız veteranlar arasında dünya çempionu olub


Finlandiyanın Rovaniemi şəhərində veteran ağırlıqqaldıranlar arasında dünya çempionatı keçirilib. Yarışda 58 ölkədən 500 idmançı qalib adı uğrunda mübarizə aparıb. "Neftçi İdman Klubu”nun təmsilçisi Vaqif Müsadiq (77 kq) 60-64 yaş qrupunda birdənqaldırma yarışlarında 88, təkanla qaldırmada isə 108 kiloqram nəticə göstərərək dünya çempionu olub. Bununla o, ilkə imza atıb. Belə ki, klubun təmsilçisi Azərbaycan ağır atletika idmanı tarixində veteranlar arasında 60 yaşına çatmış ilk dünya çempionu olub.
Məlumat üçün qeyd edək ki, Vaqif Müsadiq artıq 45 ildir, "Neftçi İdman Klubu”nda fəaliyyət göstərir.







Bu yazı

6000 dəfə oxunub

Tarix

2015-09-22 10:04:54

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook