Karateçilərimiz İsveçrədə 16 medal qazanıblar


İsveçrədə keçirilən karate üzrə "Bazel open masters” beynəlxalq turnirinə yekun vurulub. Yarışda iştirak edən karate üzrə müxtəlif yaş qruplarından ibarət Azərbaycan milli komandasının 11 idmançısı 16 medal qazanıb.
14-15 yaşlı yeniyetmələrdən Hümmət Baxşəliyev və Avropa Oyunlarının qalibi Ayxan Mamayev həm kumite, həm də mütləq çəki dərəcəsinin yarışlarında qalib adını qazanıblar.
Turnirdə həmçinin 16-17 yaşınadək gənclərdən Elcan Məmmədrzayev (61 kq), Elman Babayev (76 kq), Fəridə Əliyeva (59 kq-dan yuxarı), 18-21 yaşlı gənclərdən Şahin Quluzadə (67 kq), Vüsal Kamallı (75 kq) Fəridə Abiyeva (61 kq), böyüklərdən ibarət komandamızın üzvlərindən Asiman Qurbanlı, Əli Cəfərov (84 kq-dan yuxarı) kumitedə və mütləq çəki dərəcəsinin yarışlarında medala layiq görülərək fəxri kürsüdə yer alıblar.
Beləliklə, ümumi nəticədə 7 qızıl, 4 gümüş və 5 bürünc medala sahib olan idmançılarımız ümumi komanda hesabında birinci yeri tutublar.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə yarışa yollananlar arasında beynəlxalq dərəcəli hakimlər Cahangir Babayevlə Vüqar Kərimov da olublar.
Məlumat üçün qeyd edək ki, karate üzrə komandalarımız noyabrın əvvəlində İndoneziyada keçiriləcək yeniyetmə və gənclərin dünya çempionatına hazırlaşırlar.


Bu yazı

5020 dəfə oxunub

Tarix

2015-09-22 10:17:43

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook