Azərbaycan ilk dəfə kanoe-slalom növündə Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb



Böyük Britaniyanın paytaxtı Londonda 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli kanoe-slalom üzrə dünya çempionatı keçirilib. Nüfuzlu reqatada Azərbaycanı Yure Meqliç təmsil edib.
31 yaşlı idmançı kişilər arasında 1 nəfərlik kayak qayığı ilə mübarizə aparıb. O, seçmə mərhələdə 83,73 xalla 11-ci yeri tutaraq yarımfinala yüksəlib.
Növbəti mərhələdə Yure 95,20 xalla 14-cü olub. Bu nəticə ilə Azərbaycan təmsilçisi final mərhələsindən kənarda qalıb. Lakin Yure Meqliç 15 ən güclü kanoe-slalomçu sırasına düşdüyündən, reqlamentə əsasən, Olimpiadaya lisenziya qazanıb.




Bu yazı

19287 dəfə oxunub

Tarix

2015-09-22 11:10:09

Yazını

Çap et

Yazını

Paylaş