Rio-2016 Olimpiadasının açılış mərasiminə böyük məbləğdə vəsait xərclənməyəcək



2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya və Paralimpiya Oyunlarının açılış mərasiminə böyük məbləğdə vəsait xərclənməyəcək.
Bu barədə Rio-2016 Olimpiya Oyunlarının Təşkilat Komitəsinin rəhbərlərindən biri olan Leonardu Kaetano məlumat verib. O bildirib ki, ölkədə iqtisadi böhran olduğu bir vaxtda XXXI Yay Olimpiadasının açılış mərasimini möhtəşəm etmək mümkün deyil. Belə ki, az pul xərcləməklə orijinallığı, yaradıcılığı, ritm və emosiyaları özündə birləşdirən açılış mərasimi keçiriləcək.
Qeyd edək ki, Rio-2016 Olimpiadasının ümumi dəyərinin 12 milyard dollar olması nəzərdə tutulur. Bu, 2008-ci ildə Pekində və 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunlarına sərf olunan vəsaitdən azdır.


Bu yazı

10646 dəfə oxunub

Tarix

2015-09-29 14:42:10

Yazını

Çap et

Yazını

Paylaş