Kanada MOK-nun prezidenti vəzifəsindən uzaqlaşdırılıb


Marsel Obut Kanada Milli Olimpiya Komitəsinin (MOK) prezidenti vəzifəsi postundan kənarlaşdırılıb.
Buna 67 yaşlı Marsel Obutun dələduzluq hərəkətləri səbəb olub. Artıq onun işi məhkəmədədir və oktyabrın sonlarında həlledici qərar veriləcək. Kvebek Ali Məhkəməsində Obutun işinə nəzarət etmək müstəqil müşahidəçi qismində Fransua Rollanna həvalə edilib.
Qeyd edək ki, Marsel Obut 2010-cu ildən Kanada MOK-na rəhbərlik edirdi.



Bu yazı

10073 dəfə oxunub

Tarix

2015-10-06 17:21:49

Yazını

Çap et

Yazını

Paylaş