Ağırlıq qaldıranımız Litvada rekordu yenilədi



Litvanın Klaypeda şəhərində 23 yaşınadək ağırlıqqaldıranlar arasında Avropa çempionatı davam edir. 40-a yaxın ölkədən 341 atletin (218 kişi və 123 qadın) iştirak etdiyi yarışda Azərbaycan idmançıları da medal uğrunda mübarizə aparırlar. Qitə birinciliyində iştirak edən millimizin üzvü Firudin Quliyev 69 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "Goranboy-Zirvə” klubunun təmsilçisi toplamda 328 kq-ın (144 kq+184 kq) öhdəsindən gələrək, Avropa çempionu olub. Bundan başqa, Firudin Quliyev təkanla 184 kq qaldıraraq Avropanın gənclər rekordunu yeniləyib.
Məlumat üçün qeyd edək ki, Firudin Quliyev daha əvvəl gənclər arasında Avropa çempionu, gənclər və böyüklər arasında dünya çempionatının mükafatçısı və 2013-cü ildə keçirilən Kazan Universiadasının qalibi olub. Ona qədər Allahyar Abışov (62 kq) 20 yaşına qədər ağırlıqqaldıranlar arasında yarışlarda bürünc medal qazanıb.




Bu yazı

5103 dəfə oxunub

Tarix

2015-10-09 12:55:39

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook