Olimpiada-2022-nin proqramına yeni idman növü daxil ediləcək



Bobsley və skeleton Beynəlxalq Federasiyası (İBSF) bobsley və skeleton idman növlərinin 2022-ci ildə Pekində keçiriləcək XXIII Paralimpiya Qış Olimpiya Oyunlarının proqramına daxil edilməsi barədə ərizə təqdim etməyi düşünür.
Qeyd edək ki, Beynəlxalq Paralimpiya Komitəsi (İPC) oktyabr ayının əvvəlində Olimpiada-2022-nin proqramına yeni idman növlərinin daxil edilməsi ilə bağlı elan verib. Beynəlxalq federasiya Pekində keçiriləcək qış olimpiadasının proqramında əvvəlki illərdə olduğu kimi 6 deyil, 7 idman növünün nümayiş etdirilməsini planlaşdırır. İBSF-in paralimpiya idman növləri üzrə komitəsi Beynəlxalq Paralimpiya Komitəsi ilə bu ilin iyununda bu məsələ ilə bağlı bir araya gəlib. İBSF bobsley və skeletonun proqrama daxil edilməsi barədə hazırladığı ərizə formasını gələn il martın 1-dək beynəlxalq quruma təqdim edəcək.
Olimpiada-2022-nin proqramına hansı idman növünün daxil edilməsi ilə bağlı həlledici qərar 2016-cı il sentyabrın 5-də veriləcək.


Bu yazı

13102 dəfə oxunub

Tarix

2015-10-09 15:09:19

Yazını

Çap et

Yazını

Paylaş