Bakıda “Orion” Kikboksinq İdman Mərkəzinin açılışı olub



Oktyabrın 15-də Bakıda "Orion” Kikboksinq İdman Mərkəzinin açılışı olub. Tədbirdə Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi, ölkəmizin idman ictimaiyyətinin təmsilçiləri, idmanın bu növü üzrə məşğul olan atletlər iştirak ediblər. Açılış mərasimində qeyd olunub ki, yeni mərkəzin istifadəyə verilməsi Azərbaycan dövlətinin idmanın inkişafına göstərdiyi diqqət və qayğının daha bir göstəricisidir. Belə mərkəzlərin istifadəyə verilməsi ölkəmizdə idmanın, o cümlədən kikboksinqin inkişafına və gənclər arasında kütləviliyinin artırılmasına mühüm töhfə verəcək. Respublikamızda idman sahəsində əldə edilən uğurlardan danışan natiqlər vurğulayıblar ki, Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Beynəlxalq turnirlərdə mübarizə aparan Azərbaycan idmançıları onlara bəslənilən ümidləri layiqincə doğruldaraq istər Olimpiya, istərsə də qeyri-Olimpiya idman növləri üzrə böyük uğurlar qazanırlar. Sevindirici haldır ki, idmanın digər növlərində olduğu kimi, kikboksinqdə də mühüm uğurlar əldə edilir. İdmançılarımız müxtəlif mötəbər yarışlardan Vətənə medallarla dönürlər.
Bildirilib ki, "Orion” Mərkəzində dərslər tanınmış idmançılar Eduard Məmmədov və Müşfiq Hüseynli tərəfindən keçiriləcək. Burada bütün yaş kateqoriyaları üzrə oğlan və qız kikboksçular ustalıqlarını artıra bilərlər.
Çıxışlardan sonra mərasim iştirakçıları zalda yaradılan şəraitlə tanış olublar.


Bu yazı

6157 dəfə oxunub

Tarix

2015-10-20 09:48:54

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook