Təmsilçilərimiz İranda medal qazanıblar


İranın Ərdəbil şəhərində ciu-citsu üzrə beynəlxalq turnir keçirilib. Yarışda İran, Əfqanıstan və Pakistan milli komandaları ilə yanaşı Azərbaycan idmançıları da güclərini sınayıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan millisinin üzvləri Əli İsmayılov (50 kq), Samir Səfərli (55 kq) və Elməddin Cəfərov (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olublar. Onların komanda yoldaşları Ramal Mustafayev (+70 kq) isə turnirin bürünc medalı ilə kifayətlənməli olub.


Bu yazı

5038 dəfə oxunub

Tarix

2015-10-20 12:23:37

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook