Alonso “Formula-1”i tərk edəcək


Mətbuatda Fernando Alonsonun karyerasını başa vurması ilə bağlı məlumat yayılmışdı. İkiqat dünya çempionu bu informasiyanın düzgün olmadığını bildirib.
"Maclaren” komandasının pilotu Fernando Alonso əslində idman karyerasına 2017-ci ili başa vurduqdan sonra son qoymağı düşünür.
Qeyd edək ki, Rusiyada keçirilən Qran-pri turniri "Formula-1”in pilotunun karyerası ərzində baş tutan 250-ci yarış olub. Əgər Fernando daha iki mövsüm "Formula-1” yarışlarında çıxış edərsə, Qran-prilərin sayını 300-ə çatdıra bilər.
"Qran-pri” yarışlarının sayını 300-ə çatdıracağım ağlıma belə gəlməmişdi. "Formula-1” üzrə 2001-ci ildə Avstraliyada keçirilən Qran-pri turnirində debüt edərkən də buraya qədər gələcəyimi bilmirdim. Hər şeyi gələcək göstərər”, - deyə Fernando bildirib.


Bu yazı

5708 dəfə oxunub

Tarix

2015-10-23 14:06:15

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook