Kikboksçularımız dünya çempionatından medallarla qayıdıblar



Sentyabrın 24-dən oktyabrın 31-dək Serbiyanın paytaxtı Belqrad şəhərində kikboksinq üzrə dünya çempionatı keçirilib. Millimiz yarışa Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarov, milli komandanın rəisi Sadıx Bağırov, əməkdar məşqçi, böyüklərdən ibarət yığma komandanın baş məşqçisi Elşən Abdulrəhmanov, Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin məşqçisi Hakim Hacıyev və 25 idmançıdan ibarət nümayəndə heyəti ilə yola düşmüşdü. Çempionatda 54 komandanı təmsil edən 2000-ə qədər idmançı mübarizə aparıb. Yığma komandamızın üzvləri Serbiyadan uğurlu nəticələrlə vətənə dönüblər. "Ağsu” idman klubunun yetirməsi Elşad Ələsgərov K-1 versiyası üzrə çempion olub. DİN-in yetirmələri Ramal Aslanov və Zöhrab Əzimov müvafiq olaraq ikinci, üçüncü yerləri tutublar. Anar Məmmədov ("Neftçi” İK) gümüş medal qazanıb. "Neftçi” idman klubunun daha iki idmançısı - Çingiz Əhmədov və Ramiz Məmmədov isə müvafiq olaraq gümüş və bürünc medal qazanıblar. 90 kq çəki dərəcəsində mübarizə aparan Ehram Məcidov çempionluğun bir addımlığında büdrəyib. Ümumilikdə milli komandamız dünya çempionatından yeddi medalla qayıdıb.



Bu yazı

25063 dəfə oxunub

Tarix

2015-11-03 10:30:44

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook