ABU komandası “Çellenc” kuboku turnirində iştirakını yekunlaşdırıb




Bakının qadın həndbolçulardan ibarət ABU komandası Çellenc kuboku turnirində iştirakını başa vurub.
ABU turnirin onaltıdabir final mərhələsinin cavab oyunları çərçivəsində Hollandiyanın "Şuler” komandası ilə qarşılaşıb. Qarşılıqlı razılığa əsasən, hər iki oyun Hollandiyada təşkil olunub. Cavab görüşündə "Şuler” komandası ABU-nu 27:22 hesabı ilə məğlub edib.
Komandalar arasında ilk oyunda da Hollandiya təmsilçisi 27:19 hesabı ilə qalib gəlmişdi.
İki oyunun nəticəsinə görə, ABU turnirdə iştirakını yekunlaşdırıb.




Bu yazı

16950 dəfə oxunub

Tarix

2015-11-23 14:46:15

Yazını

Çap et

Yazını

Paylaş