Qitənin döyüş sənətçiləri Polşaya toplaşıblar



Polşanın Katovitse şəhərində kişilər və qadınlar arasında döyüş sənəti üzrə Avropa kuboku yarışlarına start verilib. Bu turnirdə 15 ölkəni, o cümlədən Azərbaycan, Rusiya, Ukrayna, Moldova, Rumıniya, Böyük Britaniya, Əfqanıstan, Qazaxıstan, Fransa, İtaliya və digər dövlətləri təmsil edən 200-ə yaxın idmançı iştirak edir. Turnirin iştirakçıları arasında iki Azərbaycan döyüşçüsü - hapki-do üzrə Avropa və dünya çempionu Vüqar Əzimov və 10-cu dan qara kəmər sahibi Süleyman Məmmədli iştirak edirlər. Döyüş sənəti üzrə Avropa kuboku yarışları iki gün davam edəcək.


Bu yazı

5244 dəfə oxunub

Tarix

2015-12-08 09:18:09

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook