Basketbolun əfsanəsi son qərarını verdi


MBA-nın beşqat çempionu Kobe Braynt bildirib ki, 2015/16-cı illər mövsümündən sonra peşəkar karyerasına son qoyacaq. Karyerasının 20 ilini "Los-Anceles Leykers” klubunda keçirən Braynt 32 min 670 xal yığıb. Bu nəticə ilə o, MBA tarixində məhsuldarlığa görə üçüncü oyunçudur.
37 yaşlı basketbolçu ABŞ millisinin heyətində iki dəfə olimpiadanın qızıl medalını qazanıb.
Son illərdə Braynt tez-tez zədələnir və formasını bərpa edə bilmir. "Bir müddət əvvəl hər şeyi qətiləşdirdim. Belə bir qərar xarici amillərdən asılı deyil. Bu, mənim daxilimdən gəlir. Nəhayət ki, mən lazım olanı edirəm. Əslində, hər şey qaydasındadır. Sadəcə, bu qərar mənim üzərimdən böyük bir yükü götürür”, - deyə məşhur basketbolçu bildirib.


Bu yazı

17758 dəfə oxunub

Tarix

2015-12-08 13:49:44

Yazını

Çap et

Yazını

Paylaş