Taekvondo üzrə millimiz Dünya kubokunun qalibi olub



Dekabrın 8-9-da Meksikanın Mexiko şəhərində taekvondo üzrə milli komandalar arasında Dünya kuboku keçirilib. Dünya Taekvondo Federasiyası (DTF) tərəfindən təşkil edilən yarışda, kişilərdən ibarət yığma komandamız möhtəşəm uğura imza atıb. Millinin baş məşqçisi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanovun yetirmələri Məhəmməd Məmmədov, Ayxan Tağızadə, Sina Bahrami, Səid Quliyev, Milad Beigi Hərçəqanı və Radik İsaev ilk görüşlərini Belçika yığma komandasına qarşı keçiriblər. Qarşılaşmada komandamız 57:31 hesabı ilə qalib gəlib. Növbəti döyüşdə Özbəkistan komandasına da şans verməyən təmsilçilərimiz (31:11) qrup mərhələsində yerlərini möhkəmləndiriblər. Qrup lideri kimi yarımfinalda yığmamız Cənubi Koreya təmsilçiləri ilə görüşdə 48:30 hesablı qələbə qazanaraq finala vəsiqəni təmin ediblər. Dünya kuboku uğrunda final döyüşündə güclü İran millisi ilə qarşılaşan komandamız rəqib üzərində inamlı qələbə qazanaraq (42:23) Dünya kubokuna sahib çıxıb. Cənubi Koreya gümüş, Rusiya komandası isə bürünc medala layiq görülüb.




Bu yazı

5737 dəfə oxunub

Tarix

2015-12-11 13:27:33

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook