Avropa birinciliyində yüksək nəticə



Dekabrın 5-7-də Türkiyənin İstanbul şəhərində sambo üzrə uşaqlar arasında açıq Avropa birinciliyi keçirilib. Yarışa tam heyətlə qatılan milli komandamız turnirdə uğurla yarışıb. Təmsilçilərimiz bir qızıl, iki gümüş və iki bürünc medal qazanmaqla, ümumilikdə Avropa birinciliyini beş medalla başa vurublar. Mübarizəyə 50 kq çəki dərəcəsində qatılan Kamran Qasımov bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına sahib çıxıb. Emin Haqverdiyev (55 kq) ikinci olub. 42 kq çəki dərəcəsində yarışan Mehman Mehdizadə də gümüş medala layiq görülüb. Xəyal Məmmədov (66 kq) və Xəlil Cəlilzadə (78 kq) Avropa birinciliyinin bürünc medalını qazanıblar.


Bu yazı

18717 dəfə oxunub

Tarix

2015-12-11 10:04:07

Yazını

Çap et

Yazını

Paylaş