Ölkəmiz “Formula-1” Avropa Qran-pri yarışına hazırlaşır




Azərbaycanda keçiriləcək "Formula-1” Avropa Qran-pri yarışına ciddi hazırlıq işləri görülür.
Bu sözləri jurnalistlərə müsahibəsində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.
Nazir müavini bildirib ki, yarışın keçiriləcəyi ərazilərdəki avtomobil yolları dünya standartlarına uyğun təmir edilir. Beynəlxalq Avtomobil Federasiyası da hazırlıqla maraqlanıb öz təkliflərini verəcək.
Azərbaycanda bütün idman tədbirlərinin yüksək səviyyədə keçirildiyini söyləyən İ.İsmayılov vurğulayıb ki, hazırda "Formula-1” yarışının yüksək səviyyədə təşkili əsas diqqət mərkəzindədir.



Bu yazı

19113 dəfə oxunub

Tarix

2015-12-14 14:31:15

Yazını

Çap et

Yazını

Paylaş