Tennisçi cəzalandırılıb

Yunanıstanlı tennisçi Aleksandros Yakupoviç danılmış oyunlarda iştirakı səbəbindən ömürlük diskvalifikasiyaya məruz qalıb. 

Olimpnews.az saytının məlumatına görə, bu barədə məlumatı "Tennis Integrity Unit” tennis təşkilatınım rəsmi saytı xəbər verib. 


34 yaşlı idmançı beş epizod üzrə günahkar sayılıb. Bura rüşvət verilməsi, qarşılaşmaların nəticəsinə bilərəkdən müdaxilə daxildir. Yakupoviçin Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinq siyahısında ən yüksək mövqeyi 2008-ci ildə 267-ci yer olub. Bu mövsüm o, "Çelencer" seriyalı iki turnirə qatılsa da, ilk görüşlərcə uduzub.

Qeyd edək ki, "Tennis Integrity Unit" 2008-ci ildə Beynəlxalq Tennis Federasiyası (İTF) və Qadın Tennisçilər Assosiasiyasının (WTA) təşəbbüsü ilə yaradılıb. Təşkilatın məqsədi bu növdə danışılmış oyunlarla mübarizədən ibarətdir. Hər bir konkret işin araşdırılması üçün əsas sənəd Vahid Antikorrupsiya Kodeksidir. 2014-cü ilin iyununda rusiyalı tennisçi Andrey Kumantsov ömürlük cəzaya məruz qalıb.









Bu yazı

5301 dəfə oxunub

Tarix

2015-12-20 09:36:07

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook