“Sərhədçi”də taekvondo yarışları keçirilir





"Sərhədçi” Olimpiya İdman Mərkəzində böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatı davam edir.
Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda kişilərin mübarizəsində Məcid Sofiyev (54), Maqomedyasin İbraqimov (63 kq) və Bayraməli Vəliyev (87 kq), qadınlar arasında isə Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qalib idmançılar diplom və medallarla təltif edilib.
Çempionatda paytaxtda və bölgələrdə fəaliyyət göstərən müxtəlif komandaların idmançıları mübarizə aparırlar.
Yarış ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədini daşıyır.
Üç gün davam edəcək yarışda səkkiz çəki dərəcəsi üzrə kişi və qadın taekvondoçular yarışırlar.




Bu yazı

5219 dəfə oxunub

Tarix

2015-12-26 13:21:20

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook