Azərbaycan çempionatının ikinci günündə 5 idmançı qalib gəldi


"Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatının ikinci gününün qalibləri məlum olub.


Olimpnews.az saytının məlumatına görə, Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda kişilərin mübarizəsində Fariz Əliyev (68), Namaz Heydərov (74), Seyidəzim Bədirxanlı (80), qadınlar arasında isə İlayda Kardelen Çiftçi (46 kq) və Nərminə Məmmədova (57 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qaliblər diplom və medallarla təltif ediliblər.

Üç gün davam edəcək yarışda səkkiz çəki dərəcəsi üzrə kişi və qadın taekvondoçular yarışırlar. Çempionatda paytaxtda və bölgələrdə fəaliyyət göstərən müxtəlif komandaların idmançıları mübarizə aparırlar.

Qeyd edək ki, yarış ölkəmizdə taekvondonun təbliği və inkişaf etdirilməsi, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, idmançıların yarış təcrübəsinin artırılması məqsədi daşıyır.





Bu yazı

5556 dəfə oxunub

Tarix

2015-12-27 00:17:18

Yazını

Çap et

Yazını

Paylaş

SON XƏBƏRLƏR
Medal sayı
Facebook