“Formula-1”də yeni əməkdaşlıq




"Force İndia"nın pilotu Serxio Peres "Daytonanın 24 saatı" yarışmasında böyük qardaşı Antonio Peresin şərəfini qoruduğu TRG komandasıyla əməkdaşlığa başladığını açıqlayıb.
Xarici mətbuatın yazdığına görə, Peres sükan arxasına əyləşməyəcək, amma layihənin tərəfdaşı kimi çıxış edəcək. Pilot əməkdaşlıq barəsində verdiyi açıqlamada bundan şərəf hissi duyduğunu deyib: "Belə güclü pilotların "TRG-Aston Martin Racing" komandasının şərəfini qorumasıyla fəxr edirəm. Bu layihənin sponsorlarımızın xoşuna gələcəyinə və meksikalı fanatların 24 saat boyunca bizim uşaqları dəstəkləyəcəyinə əminəm".



Bu yazı

14018 dəfə oxunub

Tarix

2015-12-27 15:12:59

Yazını

Çap et

Yazını

Paylaş